Saakaşvili Ukrayna nazirlərini “üçüncü növ” adlandırdı

Saakaşvili Ukrayna nazirlərini “üçüncü növ” adlandırdı

“Bir çox yaxşı insanlar orda işləməkdən imtina ediblər, bu isə normal deyil”.

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Vladimir Qroysmanın hökumətini Ukrayna tarixində ən solğun hökumət adlandırıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti “12 Ukrayna” telekanalının efirində bildirib. 

“Onun, Vladimir Qroysmanın niyyəti yaxşıdır, amma biz indi real olaraq ikinci, üçüncü növ insanlardan ibarət olan hökumətə sahibik. Bir çox yaxşı insanlar orda işləməkdən imtina ediblər, bu isə normal deyil”, - Saakaşvili bəyan edib. 

Onun sözlərinə görə, sabiq baş nazir Arseni Yatsenyuk üçün DİN rəhbərliyində Arsen Avakovu saxlamaq çox vacib idi. Bu ona “əgər bir şey baş versə, polis onu haqlamamış, qaçıb sərhədə çata bilməsi” üçün lazımdır. 

“İkincisi, onlara öz adamları olan baş prokurorun müavini çox lazımdır, həmin adam cinayət işi qaldırıldıqda Yatsenyuku xəbərdar edə bilər”, - Odessa vilayətinin qubernatoru bildirib. 

0
24