Zaxarova Türkiyədəki çevriliş zamanı Rusiyanın mövqeyini açıqladı

Zaxarova Türkiyədəki çevriliş zamanı Rusiyanın mövqeyini açıqladı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə hərbi çevrilişə cəhd zamanı Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın deyil, beynəlxalq hüquq və qanunvericiliyin mövqeyini dəstəklədiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Rusiya-Yunanıstan 2016” müsahibəsində bildirib.

“Mən dəqiqləşdirmək istərdim ki, biz Ərdoğanın mövqeyini dəstəkləmədik. Bu insanın bəyənib-bəyənmədiyimizə görə, fərdi olaraq dəstəklənməsi məsələsi deyil, çünki bu çıxılmaz dalandır.

Bizim xarici siyasətimizin əsaslandığı prinsipimiz var: bu, beynəlxalq hüquqa hörmət və riayətdir, BMT-nin əsas prinsiplərinə riayət etməkdir”, - RİA Novosti Zaxarovanın sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, Rusiya konstitusiya quruluşunu və qanunvericiliyi dəstəkləyirdi.

Çevrilişə cəhd iyulun 16-na keçən gecə baş verib. Türkiyə hakimiyyəti çevrilişin təşkilatında Fətullah Güləni ittiham edir.

N.O.

www.oxu.az

0
5