"Qarabağ" "və Qəbələ" çətin sınaq qarşısında - Avropa Liqası

"Qarabağ" "və Qəbələ" çətin sınaq qarşısında - Avropa Liqası

Bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Lent.az-ın məlumatına görə, “Qəbələ” və “Qarabağ” da bu gün ikinci görüşlərinə çıxacaq.

“Qəbələ” doğma meydanda Almaniyanın “Maynz” klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk görüşdə “Anderlext” qarşısında məğlubiyyətdən sonra qrupdakı ilk xalını almağa çalışacaq. Əyalət klubunun ikinci sınağı saat 19:00-da “Bakcell Arena”da baş tutacaq. Oyunda Litvadan olan hakimlər briqadası fit çalacaq.

Son Azərbaycan çempionu “Qarabağ” İtaliyada çətin səfərdə gücünü sınayacaq. Qurban Qurbanovun yetirmələri İtaliyanın köklü klublarından olan “Fiorentina”nın qonağı olacaq. Ağdam təmsilçisi  Bakıda Çexiyanın “Slovan” klubundan qazanılan 1 xalı artırmaq niyyətindədir. Florensiya şəhərində  “Artemio Franki” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. Qarşılaşmanı avstiryalı hakimlər idarə edəcək.

0
6