“Miss Turkey İnternational” seçilən model tacını geri qaytardı – FOTO

“Miss Turkey İnternational” seçilən model tacını geri qaytardı – FOTO

Xəbər verdiyimiz kimi, model Çağla Çukurova “Miss Türkiyə - 2016” gözəllik müsabiqəsində dördüncü yerə sahib çıxaraq “Miss Turkey İnternational” seçilmiş və ölkəsini “Miss İnternational” yarışmasında təmsil etmək hüququ qazanmışdı.

Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Çukurova öz qərarı ilə tacını geri qaytarıb.

Çağla Çukurova

“Miss Türkiyə”nin təşkilatçıları bu barədə rəsmi açıqlama yayıb:

“Çağla Çukurova şəxsi qərarı və öz istəyi ilə tacı geri verərək yarışmadan uzaqlaşıb. Ona təşəkkür edir, uğurlarının davamını diləyirik. Münsiflərin ortaq qərarı ilə “Miss International” tituluna finalda mübarizə aparan 15 nömrəli iştirakçı Dilara Kurşun layiq görüldü”.

Dilara Kurşun

Çağla Çukurova isə tacı geri qaytarması ilə bağlı bunları söyləyib:

“Öz qərarımla tacımı geri qaytradım. Məni dəstəkləyən hər kəsə çox təşəkkür edirəm. Nə olursa-olsun etdiyim hər bir işdə ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışacağam”.

Aytən Sadıqzadə

0
4