Ümrə ziyarətinin başlanacağı tarix açıqlanıb

Ümrə ziyarətinin başlanacağı tarix açıqlanıb

Zəvvarlar Ümrə ziyarətinə noyabr ayından sonra gedə biləcəklər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O xatırladıb ki, Ümrə ziyarəti Həcc ziyarəti prosesi tamamilə yekunlaşdıqdan sonra həyata keçirilir.

H.Babayevin sözlərinə görə, Azərbaycandan zəvvarların Ümrə ziyarətinə getməsi üçün 10-15 nəfərlik qrupun formalaşması lazımdır:

“Azərbaycanlı zəvvarlar Ümrə ziyarətinə bir o qədər də maraq göstərmirlər. Hər ay təqribən 10-15 nəfər bu ziyarətə gedir. Ümrə ziyarətinin qiyməti 1500 - 2000 dollar arasında dəyişir. Bu ziyarətə gedənlər Bakı-İstanbul-Ciddə reysi ilə gedirlər. Ümrə ziyarəti 9-10 gün çəkir. Bu ziyarətin sonunda zəvvarlar hacı adlandırılmır”.

A.M.

0
5