80 yaşlı insanı xatırladan körpə doğuldu – FOTO

80 yaşlı insanı xatırladan körpə doğuldu – FOTO

Banqladeşin Maqura əyalətində Bred Pittin canlandırdığı “Benjamin Button” filmindəki kimi yaşlı bədənə malik olan oğlan uşağı dünyaya gəlib. Dəri səthində qırışlar və kürəyində qalın tüklərlə doğulan körpə hələ 3 günlük olmasına baxmayaraq, fiziki görünüşcə 80 yaşlı kişini xatırladır.

Oxu.Az Daily Mail-ə istinadla xəbər verir ki, Proqeriya sindromu adı verilən bu xəstəlik 4 milyonda bir insanda rast gəlinən, tibbdə çox nadir hallarda müşahidə edilən genetik xəstəlikdir. Həkimlər bu sindromun qohum evliliyi, genetik mutasiya kimi səbəblərlə meydana gəldiyini, körpənin 80 yaşındakı insanın yaşlılıq əlamətlərini daşıdığını deyirlər.

Uşağın valideynləri ikinci oğul övladlarının doğulduğuna görə çox xoşbəxt olduqlarını və onun möcüzəli körpə olduğuna inandıqlarını söyləyirlər. Uşağın anası kənd camaatının körpə ilə maraqlandığını, növbə ilə uşağı ziyarətə gəldiklərini deyir.

Körpənin vəziyyəti hazırda yaxşıdır, ancaq Proqeriya sindromu çox tez yaşlanmağa səbəb olduğu üçün həkimlər uşağın böyüməsinə nə dərəcədə müdaxilə edə biləcəklərindən əmin olmadıqlarını söyləyirlər.

Aytən Sadıqzadə

0
22