Qazaxıstan Xəzərdə nəhəng yataqda neft hasilatına başlayıb

Qazaxıstan Xəzərdə nəhəng yataqda neft hasilatına başlayıb

Sentyabrın 28-də Qazaxıstan nəhəng “Kaşaqan” yatağında neft hasilatına başlayıb. Xammalın istehsalı ilk sutkada 1,45 ton olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” respublikanın Energetika Nazirliyinin analitik mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni yataqların işə başlaması nəticəsində Xəzər boru kəmər konsorsiumu artıq gələn il neftin nəqlini 46% - 67 milyon tona qədər artıracaq.

Konsorsium uzun müddət idi ki, Qazaxıstanın 4,65 milyard ton ehtiyatı olan iri yatağı “Kaşaqan”da hasilatın başlanması ilə əlaqədar problemlərə görə, bu nəticəni əldə edə bilmirdi.


N.O.


0
6