Xalq artistinin xanımı danışdı: "Məni sillə ilə vurdu..." - VİDEO

Xalq artistinin xanımı danışdı: "Məni sillə ilə vurdu..." - VİDEO

Xalq artisti Ramiz Novruz şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə,  ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aktyor həyat yoldaşı ilə tanış olmasından danışıb. "Məktəbdə tamaşalar qururduq. Mən də həmin tamaşalarda iştirak edirdim. Yoldaşım orada mahnılar oxuyurdu. Beləcə, tanış olduq".

Daha sonra verilişə daxil olan aktyorun xanımı Xoşavaz Novruzova həyat yoldaşı R.Novruzla bağlı fikirlərini bölüşüb. O bildirib ki, aktyor ona illər öncə sillə vurub: "Universitetə daxil olduğum ərəfədə şəkil çəkdirəndə fotoqraf mənə dedi ki, simanız çox gözəldir. Şəklimin birini də vitrin üçün çəkmək istədi, razılıq verdim. Evə qayıdıb gələndə, Ramiz məndən şəklin taleyini soruşdu. Vitrin üçün şəkil çəkdirdiyimi dediyim anda, qulağımın dibindən bir sillə vurdu. Elə pərt oldum ki... Məni qabağına saldı, getdik fotoqrafın studiyasına. Bütün şəkilləri alıb qayıtdıq”.

0
13