Azərbaycanlı gənclər  "Dionda Olimpiya” beynəlxalq tədbirində

Azərbaycanlı gənclər  "Dionda Olimpiya” beynəlxalq tədbirində

Sentyabrın 19-dan başlayaraq Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri öz işinə başlayıb. Qədim dövrlərdən indiyədək keçirilən tədbirdə  Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı nazirliyin təşkilatçılığı ilə reallaşıb. Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış ediblər. Tamaşa 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin beş poemasından biri olan “Yeddi gözəl” poemasında gözəllərdən birinin söylədiyi “Xeyir və Şər” nağılının əsasında hazırlanıb.

Qeyd edək ki, tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur. Hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq  tədbir 29 sentyabr tarixdə yekunlaşacaq.

0
7