Naxçıvanda “Plov” və “Yallı” festivalları keçiriləcək

Naxçıvanda “Plov” və “Yallı” festivalları keçiriləcək

Naxçıvanda sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.

Oxu.Az bu barədə Report-a istinadla xəbər verir.

Festivallarda Azərbaycan milli mətbəxinin yeməklərindən olan plov nümayiş etdiriləcək, qədim yallılar ifa olunacaq.

“Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycanda 200-dən çox plov növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaq.

Muxtar respublikada 40-dan çox yallı oynanılır.

A.S.

0
8