Bakıda Azərbaycan və Bolqarıstan hökumətlərarası komissiyanın iclası keçirilib

Bakıda Azərbaycan və Bolqarıstan hökumətlərarası komissiyanın iclası keçirilib

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Nəqliyyat naziri Ziya Məmmədov, Nəqliyyat nazirinin müavini Musa Pənahov, İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Energetika nazirinin müavini Gülməmməd Cavadov, Təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak ediblər.

Bolqarıstan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda: Bolqarıstan İqtisadiyyat naziri Bojidar Lukarskio, Energetika nazirinin müavini Jeçko Stankov, İqtisadiyyat nazirinin müavini Lyuben Petrov, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristova, Təhsil və elm nazirinin müavini Krasimir Kiryakov iştirak ediblər.

Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, sənaye və ticarət, nəqliyyat, İKT və peyk servisləri, təhsil, kənd təsərrüfatı, turizm, mədəniyyət, səhiyyə, sosial təminat, regional inkişaf və abadlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Heyət üzvləri tərəfindən gələcəkdə Bolqarıstan və Azərbaycan arasında münasibətlərin inkişafı üçün iclasın mühüm rolu qeyd edilib, eləcə də iclasın və imzalanan sənədlərin ümumilikdə iqtisadiyyatın, kənd təsərrüffatının, nəqliyyatın, eləcə də iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına təkan verəcəyinə əminlik bildirilib.

Bununla yanaşı, Müştərək Komissiyanın beşinci iclasının yeri və tarixi də müzakirə edilib. Növbəti iclasın Bolqarıstanda keçiriləcəyinə dair qərar qəbul edilib.

0
23