Bolqarıstan işğal olunmuş ərazilərimizdə qanunsuz kapital qoyuluşların qarşısını alıb

Bolqarıstan işğal olunmuş ərazilərimizdə qanunsuz kapital qoyuluşların qarşısını alıb

Azərbaycan ölkəmizin işğal edilmiş ərazilərində hər hansı qanunsuz fəaliyyətlərin, eləcə də həmin ərazilərdə Bolqarıstan kapitalı və resurslarının fəaliyyət sahələrinə cəlb edilməsinin qarşısının alınması ilə bağlı rəsmi Sofiyanın konstruktiv mövqeyini qiymətləndirir.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN bu il dünya birliyinə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və başqa fəaliyyət barədə hesabat təqdim edib: “Təqdim olunan sübutlara əsasən, Ermənistan işğal olunmuş ərazilərdən təbii sərvətlərin qanunsuz çıxarılmasını həyata keçirir”.

Z.Məmmədov əlavə edib ki, 5 il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 1 milyard dollar təşkil edib: “2015-ci ildə əmtəə dövriyyəsi 15 milyon dollar təşkil edib ki, bu da mövcud potensialdan aşağıdır”.

N.O.

0
8