Gənc jurnalistlərin 1-ci Futbol Çempionatı başlayıb

Gənc jurnalistlərin 1-ci Futbol Çempionatı başlayıb

Ötən gün Nərimanov rayonunda fəaliyyət göstərən Məktəb-Lisey Kompleksin futbol meydançasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Hacıbəy Heydərlinin "Gənc jurnalistlərin 1-ci Futbol Çempionatı layihəsi”nin açılış mərasimi keçirilib. Lent.az-ın Azxəbər.com-a istinadən verdiyi məlumata görə, çempionatın keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "İslahatçı Gənclər İctimai Birliytinin sədri Fərid Şahbazlı, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, AZXEBER.COM informasiya portalının baş direktoru Əfsələddin Ağalrov, bir sıra KİV rəhbərlərin nümayəndələri, tanınmış jurnalistlər, rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatları Adil Əliyev, Əflatun Amaşov, Şahin İsmayılov, Elşən Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Gənc jurnalistlərin 1-ci Futbol Çempionatı” adlı layihənin rəhbəri Hacıbəy Heydərli çıxış edərək Azərbaycan müstəqillik əldə etdikdən və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi idman sahəsində də sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğulayıblar.

Natiqlər qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq etmişdir. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər.

Açılış mərasiminindən sonra rəsmi qonaqlar stadionun qapısına açılış topu vurublar.

Qeyd edək ki, çempionat 28 sentyabr – 04 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. Çempionatda 8 komanda iştirak edir.

0
8