Suriyada İŞİD-in 82 obyektinə 346 zərbə endirilib

Suriyada İŞİD-in 82 obyektinə 346 zərbə endirilib

Miqyaslı hücum nəticəsində İŞİD yaraqlıları Rainin cənubi-qərbindəki Tall Ar yaşayış məntəqəsinə nəzarəti ələ alıblar.

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD yaraqlılarının 82 obyektinə 346 zərbə endirib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Hədəflər kəşfiyyat və müşahidə vasitələrinin yardımı ilə müəyyən edilib, zərbələr isə “Fırtına” özüyeriyən artilleriya qurğuları ilə endirilib.

Məlumatda həmçinin “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalifət birləşmələri havadan və qurudan dəstək nəticəsində Rainin şərqində Əl-Eyubiyah yaşayış məntəqəsinə nəzarəti geri qaytarıblar.

Eyni zamanda miqyaslı hücum nəticəsində İŞİD yaraqlıları Rainin cənubi-qərbindəki Tall Ar yaşayış məntəqəsinə nəzarəti ələ alıblar.

A.M.

0
5