İsrailin keçmiş prezidenti ilə vida mərasimi keçirilir - FOTO

İsrailin keçmiş prezidenti ilə vida mərasimi keçirilir - FOTO

İsrailin keçmiş prezidenti Şimon Pereslə vida mərasimi keçirilir.

Lent.az-ın guardian.com-a istinadən məlumatına görə, bu gün keçirilən vida mərasimində İsrailin ictimai-siyasi xadimi, Nobel sülh mükafatı laureatçısı, keçmiş dövlət başçısının yaxınları və ölkə əhalisinə ona sonuncu dəfə hörmətlərini ifadə etməyə imkan yaradılıb.

Şimon Peresin cənazəsi sabah yerli vaxtla 08:30-da Mount Herzl Qəbirstanlığına aparılacaq.

Saat 12:00-a kimi keçiriləcək rəsmi vida mərasimində 80 fərqli ölkə liderlərinin iştirakı gözlənilir. Gələnlər sırasında ABŞ prezidenti Barak Obama, Hilari Klinton, ABŞ dövlət katibi Con Kerri, Fransa prezidenti Français Holland , Fransanın xarici işlər naziri Laurent Fabius, Almaniya prezidenti Joachim Gauck, Britaniyanın baş naziri Theresa May, Britaniyanın xarici işlər naziri Boris Johnson, keşmiş Fransa prezidenti Nikolas Sakrkozi , keçmiş Britaniya baş naziri David Kameron və Britaniya şahzadəsi Çarlinin də olacağı planlaşdırılır.

 Qeyd edək ki, Şimon Peres dünən 93 yaşında vəfat edib. O iki həftə əvvəl infarkt keçirmişdi.

0
5