Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlandı

Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

Departamentdən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

N.O.

0
9