"Çamsulvarayevin İŞİD-ə qoşulduğunu bilmirdik" - GÜLƏŞ FEDERASİYASI - YENİLƏNİB

"Çamsulvarayevin İŞİD-ə qoşulduğunu bilmirdik" - GÜLƏŞ FEDERASİYASI - YENİLƏNİB

Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimizlə bağlı açıqlama verib. Lent.az-a danışan federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və ölkəsinə - Dağıstana qayıdıb. Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik".

Federasiya rəsmisi deyib ki, güləşçimizin ölümü barədə onlarda heç bir məlumat yoxdur.

**

10:36

Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı iddia irəli sürüb. Xəbərə görə, Çamsulvara İraqda "İŞİD" sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və “Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

0
8