Aydın Əliyev Filippin Gömrük Bürosunun komissioneri ilə görüşüb

Aydın Əliyev Filippin Gömrük Bürosunun komissioneri ilə görüşüb

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük  Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldon  arasında ikitərəfli görüş keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, səmimi qəbula və ÜGT Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) illik Konfransının təşkilinə görə filippinli həmkarına təşəkkür edən Dövlət Gömrük  Komitəsinin sədri Aydın Əliyev Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini,  bu inkişafa paralel olaraq gömrük sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Ölkəmizin yerləşdiyi coğrafi mövqe baxımından beynəlxalq ticarətin həyata keçirilməsində mühüm rol oynadığını bildirən Komitə sədri bu istiqamətdə Azərbaycan Gömrük Xidməti tərəfindən gerçəkləşdirilən konkret tədbirlərdən bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən  gömrük sferasında mühüm islahatların həyata keçirildiyini və bir sıra yeniliklərin tətbiq olunduğunu qeyd edən Aydın Əliyev bu yeniliklərin beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin olunması işinə mühüm töhfələr verdiyini vurğulayıb.

Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldon gömrük sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin Azərbaycanın idxal-ixrac potensialı, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları və onların ixracının həyata keçirilməsi, gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi və s. bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

0
5