“Xəzər” Klubu “Tusi BOHM Planetarium”u ilə əməkdaşlığa başlayır

“Xəzər” Klubu “Tusi BOHM Planetarium”u ilə əməkdaşlığa başlayır

Seanslar təşkil olunacaq.

Azərbaycanın ən böyük gənclər təşkilatlarından olan “Xəzər İntellektual Gənclər Klubu” ölkənin ilk planetariumu - “Tusi BOHM Planetarium”u  ilə əməkdaşlığa başlayır.

Əməkdaşlıqda əsas məqsəd ölkə gənclərinin intellektual oyunlarda iştirakını təmin etmək, gənclərin intellektual potensialının üzə çıxarılaraq inkişaf etdirilməsinə yardımçı olmaq, eləcə də gənc nəslin kosmonavtika, kosmosun öyrənilməsinə həvəsləndirmək, ölkənin ilk və yeganə planetariumunun imkanlarını göstərməkdən ibarətdir. 

“Tusi BOHM Planetarium” rəhbəri Famil Mustafa “Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin intellektual potensialının artırılmasının əsas hədəf olmasını qeyd edərək bildirdi ki, Planetariumda mütəmadi olaraq maraqlı seanslar təşkil olunacaqdır. 

Əməkdaşlıq çərçivəsində müxtəlif vaxtlarda yeniyetmə və gənclərin “Tusi BOHM Planetarium”una info-turları təşkil olunacaq, Klub tərəfindən keçirilən oyunların qaliblərinə Planetariumdan biletlər təqdim olunacaqdır.

0
15