Türkiyə XİN-in yeddi əməkdaşı həbs edilib

Türkiyə XİN-in yeddi əməkdaşı həbs edilib

Türkiyə Xarici İşlər Nazirliyinin 7 əməkdaşı Anakara tərəfindən hərbi çevrilişə cəhddə ittiham edilən Fətullah Gülənin təşkilatına aidiyyəti olması ilə əlaqədar həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəyinin xəbərində bildirilir ki, həbs edilənlər arasında nazirliyin keçmiş idarə rəisi Seyfullah Şahin və sabiq səfir Aydın Sefa Akay da var.

Onların telefonlarında Fətullah Gülənin tərəfdarlarının istifadə etdiyi “Bylock” proqramı aşkarlanıb.

N.O.

0
8