İki anası, bir atası olan körpə dünyaya gəldi

İki anası, bir atası olan körpə dünyaya gəldi

Kimlərsə onları “yaradıcı” rolunu öz üzərinə götürməkdə günahlandırır, kimlərsə prosesin bu gedişatına görə razıdır...

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, artıq dünyanın ilk 3 bioloji valideyninə sahib olan körpə dünyaya gəlib. Anadan uşağa keçən mitokondrial xəstəliklərin qarşısını almaq üçün həyata keçirilən araşdırmalar nəticəsində alimlər 3 valideynli uşaq dünyaya gətirməyi hədəfləmişdi. Nəticədə bunun ilk nümunəsi ABŞ-da baş tutub. “New Scientist” adlı jurnalda yayımlanan araşdırmada anası Leigh sindromu adlandırılan mitokondriyal bir xəstəliyə sahib olan körpəyə iki ana və bir ata namizədinin DNA-ları yönləndirilib.

Mitokondriyal pozuqluqlar anadan körpəyə keçdiyi üçün bu cür xəstəliklərdən qorunmaq məqsədilə vacib bir gəlişmə baş verib. Adı açıqlanmayan bir ananın daha öncə bir uşağı 6 yaşında, bir uşağı isə 8 aylıq ikən bu sindrom ucbatından həyatını itirib. Dünyanın ilk 3 valideynli uşağının dünyaya gəlməsi də özəl bir texnika ilə olub. Həkim John Zhangın iştirak etdiyi doğuş Meksikada baş tutub. Alimlər 3 valideynli körpənin təhlükəsiz olub-olmadığını 13 ildir ki, müzakirə edirdi.

0
9