Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejimini uzatmağı təklif edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Şuranın iclası prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutub.

Şura həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatın davam etdirilməsini zəruri sayıb.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib. Türkiyə Milli Təhlükəsizlik Şurasının iyulun 20-də keçirilən iclasında ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı qərarı qəbul olunmuşdu.

0
14