ABŞ-da məktəbdə atışma: 3 yaralı

ABŞ-da məktəbdə atışma: 3 yaralı

ABŞ-ın Taunvill şəhərində (Cənubi Karolina ştatı) ibtidai məktəbdə silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki məktəbli və müəllimə xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

İlkin məlumata görə, məktəbdə atəş açan  yeniyetmə saxlanılıb. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

0
13