OPEK-in qərarından sonra neftin qiyməti kəskin bahalaşdı

OPEK-in qərarından sonra neftin qiyməti kəskin bahalaşdı

Brent markalı neftin qiyməti OPEK-in qərarı barədə məlumatlar fonunda 5,33% bahalaşıb.

Bu barədə Oxu.Az ICE London qitələrarası birjasında kiçirlən hərracların nəticələrinə istinadən xəbər verir.

Hazırda Şimal dənizi neft qatışığının noyabr fyuçerslərinin bir bareli 48,5 dollara satılır.

Xatırladaq ki, bu gün, sentyabrın 28-də, Əlcəzairdə keçirilən OPEK ölkələrinin qeyr-rəsmi iclasında orta sutkalıq neft hasilatının 33,24 milyon bareldən 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.

S.B.

0
18