OPEK ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər

OPEK ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər

OPEK ölkələri orta sutkalıq neft hasilatının 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri təşkilatdakı mənbəsinə istinadən xəbər verir. Razılıq cari ilin noyabr ayından qüvvəyə minəcək.

Təşkilatın digər neft ixrac edən ölkələrin bu sazişə qoşulmaq üçün təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, OPEK ölkələri hazırda gün ərzində 33,24 milyon barel neft hasil edə bilərlər.

OPEK ölkələrinin qeyri-rəsmi görüşü çərşənbə günü, sentybarın 28-də, Əlcəzairdə baş tutub.

S.B.

0
6