Stiven Hokinq Yer kürəsini “tərk etməyə” çağırdı

Stiven Hokinq Yer kürəsini “tərk etməyə” çağırdı

Britaniyalı alim Stiven Hokinq insanları digər planetləri fəth etməyə çağırıb. “Mən hesab edirəm ki, əgər bəşəriyyat kosmosa çıxmasa, onun gələcəyi yoxdur”, - o bildirib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, S.Hokinq öz fikirlərini “Kosmik gəmini necə inşa etmək” adlı kitabında izah edib, bu fikirlərin bir hissəsisini isə The Guardian qəzeti dərc edib.

Hokinq hesab edir ki, Yer kürəsində həyat getdikcə artmaqda olan təhlükə altındadır - o təbii fəlakət və ya texnogen faciə nəticəsində məhv edilə bilər.

Britaniyalı alim nüvə müharibəsini və genetik modifikasiya edilmiş virus hücumunu bəşəriyyat üçün ən böyük təhlükə adlandırıb.

Qeyd edək ki, S.Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Onun əsas nailiyyətləri qara dəliklərin təsvirində termodinamikanın tədbiqi

və “qara dəliklər”in Hokinq şüalanması kimi tanınan proses nəticəsində “buxarlanmasının” sübuta yetirilməsdir.

21 iyul 2004–cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürüb.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

0
11