Nizami Gəncəvinin əsərləri beynəlxalq tədbirdə nümayiş olundu – FOTO

Nizami Gəncəvinin əsərləri beynəlxalq tədbirdə nümayiş olundu – FOTO

19 sentyabrdan başlayaraq Yunanıstanın Pieriya bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri öz işinə başlayıb. Qədim dövrlərdən bu günümüzə qədər keçirilən tədbirdə Yunanıstan, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və Azərbaycanın gənclərdən ibarət teatr truppaları iştirak edir.

16 nəfərdən ibarət nümayəndə heyətinin tədbirdə iştirakı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşdı.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Şagird, tələbə və böyük hissəsi Gənc Tamaşaçılar Teatrının aktyorlarından ibarət heyət Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası ilə çıxış ediblər.

Tamaşanın rejissorluğunu Əməkdar artist Nicat Kazımov edib.

Qeyd edək ki, hər gün iki ölkənin müxtəlif tamaşalar təqdim etdiyi beynəlxalq tədbir 29 sentyabrda yekunlaşacaq.

A.S.

0
8