İsveçrə hərbi helikopteri Alpda qəzaya uğrayıb

İsveçrə hərbi helikopteri Alpda qəzaya uğrayıb

İsveçrənin çoxməqsədli “AS 332 Super Puma” helikopteri çərşənbə günü Sen-Hottard aşırımı rayonunda qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Tiçino polisinin bəyanatına istinadən İsveçrənin “Tribune de Geneve” nəşri məlumat yayıb.

Polisin məlumatına görə, hadisə yerində yaralılar var.

“AS 332 Super Puma” helikopterinin taktiki-texniki xarakteristikasına müvafiq olaraq, heyət 2-3 nəfərdən ibarət olur və 24-ə yaxın sərnişin götürmək imkanı var.

N.O.

0
5