Fuad Ələsgərov: Azərbaycanda terrorizmə qarşı xeyli təcrübə toplanılıb

Fuad Ələsgərov: Azərbaycanda terrorizmə qarşı xeyli təcrübə toplanılıb

“Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirir. Sabitlik və təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara qarşı olan təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır”. Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Əsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.

F.Ələsgərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb və iştirakçılara ünvanlanmış məktubu oxuyub.

O bildirib ki, bu gün terrorizm, dini ekstremizm və aqressiv separatizm yenə də beynəlxalq təhlükəsizliyə əsas təhdidlər olaraq qalmaqdadır.

Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda terrorizmə, dini ekstremizm və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizədə xeyli təcrübə toplanılıb, davamlı olaraq müvafiq qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir, hüquq tətbiqi sahəsində ciddi nəticələr əldə edilib.

A.M. www.oxu.az

0
8