“ADEX 2016”-da Azərbaycan istehsalı olan yeni növ 7 aviabomba nümayiş olunur

“ADEX 2016”-da Azərbaycan istehsalı olan yeni növ 7 aviabomba nümayiş olunur

Azərbaycanda yeni nəsil aviabombaların yaradılması sahəsində intensiv işlər gedir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) “ADEX 2016” beynəlxalq müdafiə sərgisindəki stendindən məlumat verilib.

Bildirilib ki, “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycan istehsalı olan yeni növ 7 aviabomba nümayiş olunur.

Qeyd olunub ki, sərgidə idarə olunmayan 2 yeni 80 mm-lik aviasiya raketləri də nümayiş etdirilir.

A.M.

0
5