Məşhur dicey David Vendetta Bakıda çıxış edəcək

Məşhur dicey David Vendetta Bakıda çıxış edəcək

Bu il oktyabrın 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq Avropa mədəniyyəti festivalının - “Avropa Şəhərciyi 2016”-nın proqramı açıqlanıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi quruma üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə təşkil olunub.

Qonaqlara fokusçuların çıxışı, rəqs nömrələri, italiyalı aşpazların bacarıqları təqdim olunacaq.

Eyni zamanda, Aİ-yə üzv ölkələrin bayraqlarının düzgün tapılması üzrə müsabiqələr keçiriləcək, qurum ölkələrindən olan müxtəlif ifaçıların çıxışları səslənəcək.

Tədbir məşhur dicey David Vendettanın konserti ilə başa çatacaq.

Festivalın keçirilməsinin əsas məqsədi Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaradılmasıdır. 2013-cü ildən etibarən Bakıda hər il bu cür tədbir keçirilir.

A.S.

0
13