Əmanətlərin Sığortalanması Fonduna zəmanətli kreditlər veriləcək

Əmanətlərin Sığortalanması Fonduna zəmanətli kreditlər veriləcək

“Mərkəzi Bankı haqqında” və “Dövlət borcu haqqında” qanunlara dəyişiklik gözlənilir.“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğunlaşdırılması məqsədi ilə “Mərkəzi Bankı haqqında” və “Dövlət borcu haqqında” qanunlara dəyişikliklərin edilməsi təklif olunur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə bildirib.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev dəyişikliklər barədə məlumat verib.

Onun sözlərinə görə, “Mərkəzi Bankı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Belə ki, Mərkəzi Bankın funksiyalarına “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib.

“Dövlət borcu haqqında” qanuna da yeni maddənin əlavə edilməsi təklif olunur. Belə ki, qanuna əlavə edilmiş 3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” qanun ilə tənzimlənəcək.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

U.A.

0
7