Erməni hərbçinin meyiti sabah təhvil veriləcək

Erməni hərbçinin meyiti sabah təhvil veriləcək

Aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunub.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı tapılan bir Ermənistan hərbçisinin nəşinin aprelin 20-də, saat 15.00-da qarşı tərəfə verilməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunub.

Bu barədə Oxu.Az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. 

Məlumata görə, Dövlət Komissiyası prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.

0
21