"Putin gələn ay Türkiyəyə səfər edə bilər" - Peskov

"Putin gələn ay Türkiyəyə səfər edə bilər" - Peskov

Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə səfər edə bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu səfərin mümkünlüyünü istisna etmirəm. Hazırlıqlar başa çatandan sonra biz bu barədə müvafiq bəyanat verəcəyik", - deyə D. Peskov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

0
11