Səməd Səmədov Mirzə Babayev və Brilliantdan sonra… - VİDEO

Səməd Səmədov Mirzə Babayev və Brilliantdan sonra… - VİDEO

Xalq artisti Səməd Səmədov repertuarına yeni mahnı daxil edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Vahid Əziz, musiqisi Eldar Mansurova məxsus “Toy axşamı” adlı bəstəni ifa edib: “Demək olar ki, hər il ən azı bir hit mahnı oxuyuram. Zamanında bir çox korifeylərlə eyni səhnəni bölüşmüşəm. Vallah mənim yerimə küçədən keçən sıravi bir insan olsaydı, onlar da korifeylərin yanında püxtələşib, gözəl ifaçı olardılar. Zamanında öyrəndiklərim bu gün də mənə bəs edir. Daim gündəmdə qalmağımın səbəbi də odur ki, gözəl bəstəkarlarla işləyirəm. Bir mahnını ifa etmədən öncə düşünürəm, daha sonra qərar verirəm. Bu gün təqdim etdiyim “Toy axşamı” adlı mahnını məndən öncə mərhum xalq artisti Mirzə Babayev həmkarım Brilliant Dadaşova ilə oxuyub. Düşünürəm ki, yeni aranjimanda ifa etdiyim bu bəstə seviləcək”.

0
8