Azərbaycan yeni snayper tüfəngləri hazırlayacaq

Azərbaycan yeni snayper tüfəngləri hazırlayacaq

Müdafiə Sənayesi Nazirliyinin (MSN) konstruktor büroları yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin “ADEX 2016” beynəlxalq müdafiə sərgisindəki stendindən verilən məlumata görə, nazirlik sərgidə 2 növ yeni snayper tüfəngini nümayiş etdirir.

Nümayiş olunan iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 900 sm, qundaq yığılanda isə uzunluğu 1 m 600 sm-dir. Tək atışlı sistemə malikdir, darağı 5 güllə tutur. Snayper tüfənginin alov boğanı var ki, atəş zamanı geri təpməni 50% azaldır. Optik nişangahı yerli məhsuldur. NST snayper tüfəngi sıfırdan MSN-in müəssisəsində hazırlanıb.

Sərgidə nümayiş olunan 2-ci yeni snayper tüfəngi “Vaşaq”dır. “Vaşaq” snayper tüfənginin atış məsafəsi 1500 m-dir.

Stenddən onu da bildiriblər ki, MSN növbəti sərgiyə daha çox çeşidlə - yeni növ snayper tüfəngləri və yaradılmış snayper tüfənglərinin təkmilləşdirilmiş versiyaları ilə qatılacaq.

A.M.

0
7