"Maliyyə bazarındakı problemin kökü Mərkəzi Banka qədər uzanır" - Vahid Əhmədov

"Maliyyə bazarındakı problemin kökü Mərkəzi Banka qədər uzanır" - Vahid Əhmədov

"Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, "Mərkəzi Bank haqqında" qanuna və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır: "Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir. Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır".

V. Əhmədov əlavə edib ki, aidiyyatı qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir.

Millət vəkili İlham Əliyev isə bildirib ki, "maliyyə bazarındakı problemin kökü Mərkəzi Banka qədər uzanır".

0
7