Rusiyada azərbaycanlı həkimi döydülər

Rusiyada azərbaycanlı həkimi döydülər

Hüquq-mühafizəçilər hücum edən şəxsləri axtarır.

Ufada naməlum şəxslər Ufa göz xəstəlikləri Elmi-tədqiqat institutunda göz bülluru və qişasının  cərrahiyyəsi şöbəsində işləyən 35 yaşlı göz həkimini döyüblər. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizəçiləri zərərçəkənə hücum edildiyini və ağır travma və xəsarətlər yetirildiyini müəyyənləşdiriblər. 

Hazırda Ufanın xəstəxanalarından birində yerləşdirilən cərrahın vəziyyəti çox ağırdır. 

Zərərçəkən kişidə gicgah sümüyü, aşağı çənə və burunda çoxsaylı sınıqlar qeydə alınıb. 

Zərərçəkən uzun zamandır ki, Ufada yaşayır, əslən isə Azərbaycandandır. İş yerində onlarla elmi işin müəllifi və dörd ixtiranı patentləşdirmişdir. Onu yüksək səviyyəli cərrah kimi xarakterizə ediblər. 

Hüquq-mühafizəçilər hücum edən şəxsləri axtarır, hadisənin təfərrüatları aydınlaşdırılır, lazımi əməliyyat tədbirləri həyata keçirilir. 

0
13