Azərbaycanlı müğənni Hollandiyada özəl məclisdə - FOTO - VİDEO

Azərbaycanlı müğənni Hollandiyada özəl məclisdə - FOTO - VİDEO

Azərbaycanlı müğənni Niyam Salami Hollandiyaya gedib. Hazırda ölkədən Amsterdamda olan müğənni Lent.az-a bildirib ki, səfərinin məqsədi yaradıcılıq xarakteri daşıyır: “Bura gəlişim əbəs yerə deyil. Özəl bir məclisdə səhnə almaq üçün dəvət olunmuşam. Həm ziyarət, həm ticarət deyib, çıxıb Hollandiya küçələrində də gəzdim. Səhnə aldığım tədbirə gəldikdə isə, çox möhtəşəm idi. Dostumuz Avropa prodüseri Sultana da təşəkkür edirəm ki, burada məni yardımçı oldu. İnşallah yaxın müddətdə Azərbaycana qayıdacağam. Yaradıcılığımda bir neçə yeniliklər var. Onları təqdim edəcəyəm”

N.Salami onu da əlavə edib ki, “Ekmeyi kazanmak zor bu zamanda” adlı yeni mahnısını bu gün təqdim edib.

0
8