Dünyada İLK: 3 nəfərin DNK-sına sahib uşaq doğuldu

Dünyada İLK: 3 nəfərin DNK-sına sahib uşaq doğuldu

3 valideyni olan uşaq dünyaya gəlib. Lent.az-ın Türkiyənin “habertürk” saytına istinadən məlumatına görə,  üç nəfərin DNK-sına sahib olan körpənin əməliyyatı uğurla nəticələnib.

Yalnız İngiltərədə qanuni olan bu əməliyyatda 5 ay öncə Meksikada bir cütlükdən dünyaya gələn körpənin anasında “Leigh Sindiromu” adlı xəstəlik aşkarlanıb.

Ölümcül genetik xəstəliyə sahib olan ananın yumurtalığına tibbi müdaxilə edilərək ondan bir qism  DNK götürülüb. Götürülən DNK-nın əvəzində anaya sağlamı yerləşdirilib.

Onu da qeyd edək ki, həmin cütlüyün birinci övladı da xəstəlikdən ölüb.

0
9