Maştağada aptekdə işləyən qadın narkotik satarkən saxlanılıb

Maştağada aptekdə işləyən qadın narkotik satarkən saxlanılıb

Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində, qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd kapsulanı satarkən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, aptekə baxış zamanı 3549 ədəd güclü təsiredici tərkibə malik psixotrop kapsulalar, həblər və ineksiyalar aşkar edilərək götürülüb.

E.Ə.

0
28