Sinoptiklər sabaha yağış proqnozlaşdırırlar

Sinoptiklər sabaha yağış proqnozlaşdırırlar

Sabah Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 15-17° isti, gündüz 18-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısamüddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

N.O.

0
44