Eldar Qasımov pərəstişkarları ilə görüşdü - FOTO

Eldar Qasımov pərəstişkarları ilə görüşdü - FOTO

“Eurovision” təmsilçimiz Eldar Qasımov Azərbaycan Dövlət Xalça Muzeyində “Açıq Qapı” günü çərçivəsində öz pərəstişkarları ilə və dostları ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, görüş zamanı muzey tərəfindən ekskursiya təşkil olunub. Eldar pərəstişkarları və dostlarına öz yeniliklərindən, həyatında dəyişikliklərdən danışıb. Görüş zamanı müğənni müsahibə verib və sonda muzeyin xatirə kitabında öz təəssüratlarını bölüşüb.

Eldar Qasımov pərəstişkarları ilə belə bir gün keçirdiyi üçün çox məmnun olduğunu dilə gətirib: “Çox şadam ki, görüşümüz belə xoş və eyni zamanda faydalı keçdi. Əminəm ki, bizim doğma xalça tariximizlə tanışlıq dostlarıma çox maraqlı idi, çünki şəxsən mən böyük zövq aldım. Fəxr ediləsidir. Həm də biz çox danışdıq, bölüşdük, hətta dərdləşdik. Bir sözlə, daha yaxın olduq. Nə yaxşı ki, həyatımda varsınız!”.

0
11