Rafael Dadaşovun nəvəsinin ad günündən GÖRÜNTÜLƏR

Rafael Dadaşovun nəvəsinin ad günündən GÖRÜNTÜLƏR

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova oğlu Rafaelin 1 yaşını qeyd edib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində keçirilən məclisdə xalq artisti R.Dadaşov çıxış edib: “Bu gün mənim üçün çox sevincli bir gündür. Bura yığışan qonaqlar mənim adımı daşıyan nəvəmin bir yaşına gəliblər. Şəxsən mənim nə bir, nə də on yaşım yadıma gəlir. Nəvəm üçün gözəl şeir yazmışam, həmin şeirə də qızım Səidə mahnı oxuyub. Bu, mənim nəvəmə ən gözəl hədiyyəmdir”.

Daha sonra S.Dadaşova da təəssüratlarını bölüşüb: “Bu gün bura bizim ailəyə yaxın adamları dəvət etmişik. Çox sağ olun ki, balamın xoş günündə mənim yanımda oldunuz. Hər bir valideynə belə xoş günləri arzu edirəm. Atamın oğlum üçün yazdığı şeiri çox bəyəndim və həmin şeirə mahnı oxudum. İnşallah, həmin mahnını hələ çox oxuyacam”.

Gecədə ən maraqlı məqamlardan biri də R.Dadaşovun rəqsi olub.

Qeyd edək ki, məclisə xalq artisti Niyaməddin Musayev, müğənnilər Aslan Hüseynov, Sevda Əliqızı, Elxan Qaraxanoğlu, Sevda Kazımova, “Elit-star” Cəmilə, İradə Dadaşova, aşıq Namiq Fərhadoğlu, şairə Sevinc Şirin və başqaları gəlmişdi.

0
28