Korrupsiya İngiltərə yığmasını başsız qoydu

Korrupsiya İngiltərə yığmasını başsız qoydu

İngiltərənin futbol üzrə yığmasının baş məşqçisi Sem Ellardays vəzifəyə təyin edildiyindən iki ay sonra istefa verib.

Oxu.Az euronews-a istinadən xəbər verir, çərşənbə axşamı Ellardays Britaniyanın “Teleqraf” və “Deyli Meyl” nəşrlərinin yaratdığı qalmaqal dalğası nəticəsində postunu tərk edib.

Jurnalistlər Ellardays ilə görüşərək özlərinin Sinqapur və Honqkonqdan olan iş adamı kimi qələmə veriblər və söhbəti gizli kameraya çəkiblər. Məşqçi öz vəzifəsi və əlaqələri sayəsində Futbol Assosiasiyasının transfer bazarının qaydalarından yan keçərək yardım etməyə dair vəd verib. Öz xidməti üçün 400 min funt sterlinq tələb edib. Bununla yanaşı, Ellardaysın illik gəliri üç milyon funtdur.

Ellardays danışıq zamanı İngiltərə Futbol Federasiyasını pisləyərək Böyük Britaniyanın vergi xidmətini ölkədə ən güclü korrupsiya biznesi adlandırıb.

Ellardays İngiltərə yığmasına Avroda uğursuz çıxışdan sonra rəhbərlik edir, onun rəhbərliyi altında komanda Slovkiyaya minimal hesabla qalib gəlib.

E.Ə.

www.oxu.az

0
12