AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin məsələsinə baxacaq – SİYAHI

AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin məsələsinə baxacaq – SİYAHI

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclasında Azərbaycan tərəfindən təqdim olunan 3 hakimin namizədliyi məsələsinə baxılacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, iclas sentyabrın 29-30-da Parisdə keçiriləcək.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Yekun qərarın oktyabr ayında AŞPA tərəfindən verilməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir.

A.M.

0
10