Nazirlik 12 nəfəri öz əvvəlki işinə qaytardı

Nazirlik 12 nəfəri öz əvvəlki işinə qaytardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yaydı.

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların aidiyyəti müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 733 876 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. 

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib. 

Məlumata görə, qeyd olunan məbləğin 97%-ə qədərini gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

“Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. 

Bununla yanaşı, yanvar-mart aylarında  vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib”, - deyə nazirlikdən bildirilib. 

0
20