Bağlanan bankın kreditorlarına iki ay vaxt verildi

Bağlanan bankın kreditorlarına iki ay vaxt verildi

Əmanətlərin Sığortalanması Fondu (ADİF) qarşıdakı 2 ay ərzində “Kredobank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq.

Vergilər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.

- Kreditorun adı, ünvanı;

- Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ADİF-ə müraciət etsinlər”.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il avqustun 29-da verdiyi qərarla həmin bankların fəaliyyəti dayandırılıb. Onların ləğvedicisi isə ADİF-dir.

U.A.

0
10