İsrailin sabiq prezidenti Şimon Peres vəfat edib

İsrailin sabiq prezidenti Şimon Peres vəfat edib

İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.

Oxu.Az RİA Novosti-agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail televiziyası məlumat yayıb.

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızması ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağciyərləri havalandırma aparatına qoşulub.

A.M.

0
90