Xarici valyutalar manata nisbətdə ucuzlaşdı

Xarici valyutalar manata nisbətdə ucuzlaşdı

Rusiya rublunun məzənnəsi isə dəyişməyib.Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 28-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 27-i ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6252 manat olub.

Digər valyutaların məzənnələrinə gəlincə, avronun məzənnəsi 1,8320 manatdan 18223 manata düşüb. Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0255 manat olub.

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi isə 0,5479 manatdan 0,5460 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1136 manatdan 2,1132 manata düşüb.

U.A.

0
13